Onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər

5 Fevral 2024 02:00 Araz-Naxçıvan 878
Onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər

"Araz Naxçıvan" Premyer Liqanın 21-ci turunda “Kəpəz”lə matç üçün hazırlığını görüşün keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında yekunlaşdırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, təxminən 1 saat davam edən məşqdə zədəli futbolçular Abdulla Rzayev və İqor Ribeyro iştirak etməyiblər.

Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir və onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.

“Kəpəz” – “Araz-Naxçıvan” oyunu bu gün saat 15:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!