Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, turnirin son qalibi “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olub.
“Dalğa Arena”da baş tutan qarşılaşmada hesabı “qırmızı-qaralar” açıblar. 11-ci dəqiqədə Samuel Tetteh fərqlənib.
Lakin Naxçıvan təmsilçisi 45-ci dəqiqədə Elvis Maşikenin sayəsində bərabərlik qolunu vurub.
78-ci dəqiqədə “Qəbələ” meydanda azlıqda qalıb. Braziliyalı müdafiəçi Lukas Afriko birbaşa qırmızı vərəqə alıb.
Tərəflərin cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara qol vurulmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.
Komandalar arasında cavab matçı fevralın 9-da Qəbələdə keçiriləcək.
|
“Dalğa Arena”. 180 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Cəmil Quliyev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Vanderson Melo, 62 (qeyri-idman hərəkəti) // Osama Xalayla, 29 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 43 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Lukas Afriko, 75 (ciddi qayda pozuntusu)
Qollar: Elvis Maşike, 45 // Samuel Tetteh, 11
Qolla nəticələnməyən penalti: Turan Manafov, 30
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 6 dəq.
|
|
|
“Araz-Naxçıvan”
12. Kristian Avram
3. Turan Manafov
22. Elçin Mustafayev
(6. Vadim Abdullayev, 83)
17. İldar Alekperov
(7. Nicat Süleymanov, 64)
55. Zamiq Əliyev
9. Elvis Maşike
(10. Orxan Əliyev, 78)
29. Vanderson Melo
23. Nuno Rodriqes
42. Kadiri Mohammed
14. Miço Kuzmanoviç
(8. İsmail Azzaui, 83)
27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular:
91. Semir Bukviç
1. Vüsal Şabanov
88. Tuqay Əlizadə
13. Mirəli Əhmədov
19. Aksel Nqando
Baş məşqçi: Azər Bağırov
|
“Qəbələ”
1. Rəşad Əzizli
11. Asif Məmmədov (k)
(6. Feras Abu Akal, 80)
2. İlkin Qırtımov
5. Rauf Hüseynli
(34. Urfan Abbasov, 69)
12. Nicat Əliyev
7. Emil Səfərov
(8. Gilad Abramov, 58)
20. Bilel Auaşeriya
(14. Ülvi İsgəndərov, 69)
4. Lukas Afriko
19. Samuel Tetteh
9. Əyyub Allaş
(3. Zurab Oçiqava, 80)
72. Osama Xalayla
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
28. Murad Musayev
33. Hüseyn Mürsəlov
18. Mehrac Baxşalı
30. Şahin Şahniyarov
17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
|
|
|