"Araz-Naxçıvan"ın futbolçusu Turan Manafov "Ayın qolu” layihəsində dekabr ayının qalibi olduğu üçün 1000 manat mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın 17-ci turunda "Sabah"a cərimə zərbəsindən birbaşa vurduğu qol ayın ən yaxşısı seçilib.
Premyer Liqanın 20-ci turunda "Sumqayıt"la matçdan öncə Turan Manafova Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov tərəfindən mükafatlar təqdim olunub.
Turan Manafovun sözügedən qolunun videosunu təqdim edirik:

