"Araz-Naxçıvan" klubu heyətini "Neftçi"nin yetirməsi ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, komanda Ramin Nəsirli ilə anlaşıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay+1 il” şərti ilə müqavilə imzalanıb.
“Neftçi”nin yetirməsi olan R.Nəsirli Latviyanın güclülər dəstəsində çıxış edən “Dauqavpils” klubunda bir müddət legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.
“Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə İldar Alekperovu “Sabah”dan icarəyə götürüb.

