Premyer Liqanın birinci yarısının surpriz komandası olan "Araz Naxçıvan" qış fasiləsində iki futbolçu ilə güclənə bildi.
"Araz" "Sabah"dan İldar Ələkbərovu, "Neftçi"dən isə Ramin Nəsirlini icarayə götürüb.
Lakin axtarışlar hələ də davam edir.
Baş məşqçi Azər Bağırovun xüsusi həssaslıqla axtardığı futbolçu isə hücum mövqeyinədir.
Çalışdırıcı rəhbərlikdən çox sayda qol imkanlarını sağa-sola xərcləyən ön xəttə yaxşı forvard alınmasını istəyib.
Məlumdur ki, hazırda yerli bazarda beləsi yoxdur.
Bütün seçimlər əcnəbilər arasından edilir. Artıq Bağırovun bəyəndiyi konkret adlar da var.
Sadəcə qiymət məsələsində ortaq nöqtəyə gəlmək qalır.
Əgər son anda bir problem çıxmazsa, Muxtar Respublika təmsilçisi yaxın günlərdə uzun müddətdir axtardığı forvardına qovuşacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

