Premyer Liqa klubu daha bir futbolçusunu icarəyə verdi

23 Yanvar 2024 01:10 Araz-Naxçıvan 804
Premyer Liqa klubu daha bir futbolçusunu icarəyə verdi

“Araz-Naxçıvan” daha bir futbolçusunu icarəyə verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Nihad Qurbanlı I Liqa komandası MOİK-ə keçib.

22 yaşlı oyunçu cari mövsümün sonuna qədər “hərbçilər”in formasını geyinəcək.

“Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu I Liqanın digər komandası “Difai”yə icarəyə verib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO