"Nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik"

15 Yanvar 2024 23:20 Araz-Naxçıvan 648
"Nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik"

"Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov "Qəbələ" ilə bu gün keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:

"Oyunda nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq.

Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar.

Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq".

A.Bağırov bildirib ki, zədə səbəbindən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik