Qəbələyə qar yağdı, "Araz-Naxçıvan" qapalı məkana üz tutdu - FOTOLAR

15 Yanvar 2024 01:50 Araz-Naxçıvan 717
Qəbələyə qar yağdı, "Araz-Naxçıvan" qapalı məkana üz tutdu - FOTOLAR

“Araz-Naxçıvan” təlim-məşq toplanışını Qəbələdə davam etdirir.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi hava şəraiti ilə əlaqədar məşqini qapalı meydanda həyata keçirib.

Yanvarın 10-da “Zirə” ilə keçirilmiş yoxlama oyununda zədələnən Orxan Əliyev və İsmayıl Azzaoui müalicəsini Bakıda davam etdirir.

“Araz-Naxçıvan” toplanış çərçivəsində sabah növbəti yoxlama matçını keçirəcək. Azər Bağırovun yetirmələri saat 14:00-da “Qəbələ” ilə üz-üzə gələcək.

Bununla da toplanışı yekunlaşdıracaq “qırmızı-ağlar” Bakıya dönəcək və 2 gün istirahət edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!