“Neftçi”dən ayrılan Ramin Nəsirlinin növbəti klubu müəyyənləşib.
“Ağ-qaralar”ın yetirməsi karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
21 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la anlaşıb.
Bakılıların heyətində 2022-ci ilin fevralında debüt edən, əsas komandada meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalan U-21-in üzvü 2023-cü ili icarə əsasında “Dauqavpils”də keçirib.
Ramin Latviya təmsilçisində 38 qarşılaşmada 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ

