Gözü avrokubklarda olan klubda ilk ayrılıq - SON DƏQİQƏ!

10 Yanvar 2024 11:40 Araz-Naxçıvan 1 172
Gözü avrokubklarda olan klubda ilk ayrılıq - SON DƏQİQƏ!

“Araz-Naxçıvan”da qış fasiləsinin ilk ayrılığı reallaşıb.

Avrokuboklara iddialı klub əsas heyətə düşə bilməyən Aksel Nqando ilə vidalaşıb.

Muxtar Respublika təmsilçisi ötən ilin sentyabrında sıralarına qatdığı 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bunun üçün ona müəyyən qədər təzminat ödənilib.

Cari mövsümdə Premyer Liqada şans qazandığı 9 oyunda qol hesabını aça bilməyən fransalı ölkə kubokunda forma geyindiyi 1 matçda 33 qolla yadda qalıb.

Nqando vaxtilə Fransanın yüksək liqasında “Renn” və “Bastiya”nın, Türkiyə Super Liqasında “Göztəpə”nin uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik