O, Azərbaycan klubunu seçdiyi üçün millidə şans qazanmır?

8 Yanvar 2024 23:00 Araz-Naxçıvan 1 667
O, Azərbaycan klubunu seçdiyi üçün millidə şans qazanmır?

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram

Moldova millisinə mütəmadi dəvət alsa da, əsas heyətdə Dorian Reylyan şans qazanır.

Bu, onun Azərbaycanda, həmkaranın Rumıniyada oynamasına görədir?

Keçən ilin avqustundan etibarən ölkəmizdə legioner həyatı yaşayan kiper bu haqda Sportinfo.az-a açıqlama verib:

“Bu suala ən doğru cavabı baş məşqçimizdən ala bilərsiz. Mənim işim klubumda mütəmadi oynamaq, milliyə dəvət alanda hazır olmaqdır.

Bu gün milli komandanın üzvüyəmsə, bunun özü mənim üçün şərəfdir. Əsas odur ki, mən hər zaman qapıda durmağa hazıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!