Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan «Araz-Naxçıvan» 3 futbolçusu ilə müvəqqəti vidalaşıb.
Muxtar Respublika təmsilçisi Nihad Qurbanlı, Bayraməli Qurbanov və Tuqay Əlizadəni icarəyə verməyə razılaşıb.
Buna səbəb Azər Bağırovun yeni planıdır. Uğurlu mövsüm keçirən baş məşqçi onların mövqeyinə başqa yerli futbolçuları gətirməyi düşünür.
Bayraməli və Tuqay yarımmüdafiəçi, Nihad müdafiəçidir. İlk iki gənc ötən mövsümdən burada çıxış edir.
Onlar I Liqada çempion olmuş heyətdən Premyer Liqaya yüksələn azsaylı futbolçulardandır. Nihad isə bura «Səbail»dən gəlib.
SPORTİNFO.AZ

