Azərbaycan klubunun əcnəbisi: “Oynasam da, oynamasam da…”

7 Yanvar 2024 22:40 Araz-Naxçıvan 830
Azərbaycan klubunun əcnəbisi: “Oynasam da, oynamasam da…”

“İndiyə kimi oynadığım bütün komandalarda qapıçı yoldaşlarımı dəstəkləmişəm, onlara hörmətlə yanaşmışam”.

“Araz-Naxçıvan”ın qapıçısı Semir Bukviç Sportinfo.az-a açıqlamasında belə deyib.

Ötən ilin yayında Muxtar Respublika təmsilçisi ilə 1 illik müqavilə imzalayan bosniya və herseqovinalı kiper “çərçivə”ni əlindən alan moldovalı Kristian Avramla münasibətlərindan danışıb:

“Aramız çox yaxşıdır, hətta əla deyərdim. İnsan kimi möhtəşəmdir.

Qapıçı kimi nəyə qadir olduğunu da görürsüz. Qapıçılıq çətin sənətdir.

Komandada 3-4 qapıçı olur, onlardan yalnız 1-i meydana çıxır. Oynasam da, oynamasam da, meydandakı yoldaşıma azarkeşlik edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!