“Zirə” və “Qəbələ” ilə oyunlarının başlama vaxtı - “Araz-Naxçıvan”ın

7 Yanvar 2024 11:05 Araz-Naxçıvan 977
“Zirə” və “Qəbələ” ilə oyunlarının başlama vaxtı - “Araz-Naxçıvan”ın

“Araz-Naxçıvan”ın qış hazırlıq dövründə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib.

Sportinfo.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komanda ilk olaraq yanvarın 10-da “Zirə” ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək.

Yanvarın 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Araz-Naxçıvan” matçı isə saat 14:00-da başlayacaq.

“Araz-Naxçıvan” mövsümün ikinci yarısında ilk oyununu XIX tur çərçivəsində yanvarın 23-də “Qarabağ”a qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti