“Araz-Naxçıvan” BOS-da: Bir az güc yığın - FOTOLAR

6 Yanvar 2024 00:50 Araz-Naxçıvan 757
“Araz-Naxçıvan” BOS-da: Bir az güc yığın - FOTOLAR

Dekabrın 24-də “Turan Tovuz”la keçirilən oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir araya gələn komanda üzvləri fitnes zalında məşq edib.

“Qırmızı-ağlar” sabahdan etibarən çalışmalarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında reallaşdıracaq.

Toplanışın ilk mərhələsinin yekununda – yanvarın 10-da "Araz-Naxçıvan" “Zirə” ilə yoldaşlıq oyunu keçirəcək. Matçın ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələyə yola düşəcək.

3 gün orada hazırlıq keçəcək “Araz-Naxçıvan” yanvarın 15-də "Qəbələ" ilə üz-üzə gələcək.

Bu matçdan sonra Bakıya dönəcək “qırmızı-ağlar” 2 günlük istirahətdən sonra Premyer Liqanın 19-cu turunda “Qarabağ”la keçirəcəyi matça hazırlaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti