Premyer Liqa klubu fransalını yola salır

5 Yanvar 2024 21:20 Araz-Naxçıvan 1 081
Premyer Liqa klubu fransalını yola salır

“Araz-Naxçıvan”da qış fasiləsinin ilk ayrılığı reallaşa bilər.

Aksel Nqando baş məşqçi Azər Bağırovun siyahısında olan ilk addır.

Hazırda 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi haqda danışıqlar davam edir.

Nqando klubun təklif etdiyi şərtlərlə razılaşsa, yollar ayrılacaq. Əks halda “Araz-Naxçıvan”ın işi çətinə düşəcək.

Cari mövsümdə Premyer Liqada şans qazandığı 9 oyunda qol hesabını aça bilməyən fransalı futbolçu ölkə kubokunda forma geyindiyi 1 matçda 33 qolla yadda qalıb.

Nqando vaxtilə Fransanın yüksək liqasında “Renn” və “Bastiya”nın, Türkiyə Super Liqasında “Göztəpə”nin uğurları üçün tər töküb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti