Ayın 4-ü ziyarətdən qayıdıb, bir gün sonra iş başına keçəcək

3 Yanvar 2024 23:00 Araz-Naxçıvan 939
Ayın 4-ü ziyarətdən qayıdıb, bir gün sonra iş başına keçəcək

“Araz-Naxçıvan”da istirahət müddəti başa çatır.

Baş məşqçi Azər Bağırov yanvarın 4-də Ümrə ziyarətindən qayıdıb, bir gün sonra iş başında olacaq.

Yanvarın 5-də Bakıda bir araya gələcək Muxtar Respublika təmsilçisi hazırlıqlarını Bakı Olimpiya Stadionunda keçəcək. Legionerlər şənbə gününə qədər kollektivə qoşulacaq.

Azər Bağırovun rəhbərlik etdiyi kollektiv məşqlərini bu ayın 11-nə qədər paytaxtda davam etdirəcək. “Qırmızı-ağlar” yanvarın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Zirə” ilə üz-üzə gələcək.

Bir gün sonra 4 günlük Qəbələyə üz tutacaq naxçıvanlılar ayın 15-də yerli komanda ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

“Araz-Naxçıvan” Premyer Liqanın 19-cu turunda “Qarabağ”la qarşılaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti