«Təbiətin şıltaqlığı istirahət planlarıma təsir etdi».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın kapitanı Numan Kurdiç deyib.
Bosniya və herseqovinalı müdafiəçi «Turan Tovuz»la səfər qarşılaşmasının işıq dirəyinin aşması nəticəsində 1 günlük ertələnməsinin vətənə dönüşünü yubatdığını bildirib:
«Bu, hansısa mənada təsir etdi, amma hadisəni qloballaşdırmaq istəmirəm. Sadəcə, digərləri ilə müqayisədə bir gün az istirahət edəcəyik.
Onsuz da, istirahət günlərində Bosniyada olacam, ailəmin yanında. Çalışacam ki, bütün vaxtımı onlara həsr edim.
Hər gün mənim üçün qənimətdir. Azərbaycana yaxşı əhval-ruhiyyə ilə qayıtmaq istəyirəm.
Başa düşürəm ki, mövsümün qalan hissəsi bizim üçün çox vacibdir. Yeni ildən sonrakı oyunlar daha gərgin keçəcək.
Biz də komanda olaraq iddialıyıq. Avrokuboklara vəsiqə qazanmaq şansımız var və bu imkanı dəyərləndirmək əzmindəyik».

