Bu imtina Naxçıvan klubunu alternativ variant seçməyə vadar etdi

1 Yanvar 2024 18:10 Araz-Naxçıvan 957
Bu imtina Naxçıvan klubunu alternativ variant seçməyə vadar etdi

“Araz-Naxçıvan” qış təlim-məşq toplanışında özünə yeni rəqib tapıb.

Sportinfo.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komanda “Qəbələ” ilə yoxlama görüşündə üz-üzə gələcək.

Baş məşqçi Azər Bağırov yanvarın 12-dən 16-dək Qəbələdə baş tutacaq hazırlıq dönəmində “Kəpəz”lə qarşılaşmada kollektivini sınamalı idi.

Lakin gəncəlilərin Qəbələyə yollanmaqdan imtina etməsi Naxçıvan klubunu alternativ varianta vadar edib.

Razılığa əsasən, “Araz-Naxçıvan” “Qəbələ” ilə görüşü yanvarın 15-də reallaşacaq.

Hazırda “Araz-Naxçıvan” 26 xalla 6-cı, “Qəbələ” isə 14 xalla 10-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti