Uzun fasilədən sonra Premyer Liqaya qayıdan “Araz-Naxçıvan”ın çempionatdakı işləri heç də pis getmir.
Lakin təşkilatçılıq və tələblərə cavab vermək baxımından müəyyən çətinliklər qalmaqdadır.
Naxçıvanı təmsil edən komandanın rəqiblərini hansı tarixdə “kiçik torpaq”da qəbul edəcəyi ilə bağlı məlumat yoxdur. Bu məsələ yəqin ki, mövsümün sonuna qədər həll olunmayacaq.
Digər problem klub saytının olmamasıdır. Daha doğrusu, sayt var, amma köhnə formatda işləyir.
Halbuki mövsümün əvvəlində yeni saytın istifadəyə veriləcəyi bildirilmişdi.
Klubun mətbuat katibi Mahal Məmmədov Sportinfo.az-a açıqlamasında yeni saytın hazırlandığını bildirməklə yanaşı, ləngimənin olduğunu da gizlətmədi.
HƏBİB

