Azərbaycan klubunun qış planı - Öncə Bakıda, sonra Qəbələdə

26 Dekabr 2023 09:00 Araz-Naxçıvan 811
Azərbaycan klubunun qış planı - Öncə Bakıda, sonra Qəbələdə

“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda gələn il yanvarın 5-də bir araya gələcək.

Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matça çıxacaqlar.

Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək.

Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək.

Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Premyer Liqanın XIX turunda “Qarabağ”la baş tutacaq matça hazırlaşacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik