Region klubu daha bir futbolçu ilə yeni müqavilə imzaladı

3 İyun 2024 11:00 Araz-Naxçıvan 1 653
Region klubu daha bir futbolçu ilə yeni müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, cari ilin qışında komandaya keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq.

Azərbaycanın U-21 millisinə də cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti bir ildir.

Bunadək Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayevlə sözləşmənin müddətini uzadan "Araz-Naxçıvan" Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM