"Araz" Mərdəkanda necə yıxıldı? - VİDEO

6 Aprel 00:30 Araz-Naxçıvan 514
"Araz" Mərdəkanda necə yıxıldı? - VİDEO

Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyunu “Liv Bona Dea Arena”da keçirilib.

Günün yeganə matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıblar.

16-cı dəqiqədə Miço Kuzmanoviç fərqlənib. Lakin fasilədən sonra gəncəlilər geridönüş etməyi bacarıblar.

Əvvəlcə 54-cü dəqiqədə Martins Junior adını tabloya yazdırıb. 8 dəqiqə sonra isə Mate Kvirkviya adını tabloya yazdırıb.

Beləliklə, səfərdə 2:1 hesablı qələbə qazanan “Kəpəz” elitada qalmaq yolunda daha bir önəmli addım atıb.

Gəncəlilər xallarının sayını 30-a çatdıraraq, 9-cu pillədəki mövqelərini qoruyublar. “Araz-Naxçıvan” isə 32 xalla 8-ci yerdə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti