Azərbaycanda futbolçuların "satdığı" şəxs - Onlar bağışlanmayacaq!

8 Aprel 2024 23:40 Araz-Naxçıvan 1 945
Azərbaycanda futbolçuların "satdığı" şəxs - Onlar bağışlanmayacaq!

Premyer Liqada növbəti baş məşqçi istefası «Araz-Naxçıvan»ın payına düşdü.

Azər Bağırov üçüncü mövsümündə Muxtar Respublika klubunu tərk etməli oldu.

Bu, gözlənilirdi, sadəcə, geci-tezi var idi, o da dünənə təsadüf elədi.

Ayrılığı şərtləndirən səbəblər çoxdur. Sadalamaqla qurtarmaz. Problemlər üst-üstə yığıldı və bütün bunlar günlərin birində partlaq verməli idi.

Bağırovun gedişindən «Araz-Naxçıvan» qazanmadı. Çox şey itirdilər. O, mövsümə yaxşı başlamışdı.

Əsl fırtına! Komandanı uzun müddət liderlər qrupundə saxlayan baş məşqçini qorumaq lazım idi, təəssüf ki, rəsmilər bunu etmədi və ya etmək istəmədi.

Bəlkə də Bağırov vaxtında onlarla münasibətlərini qoruyub «körpülər»i yandırmasaydı, sonluq belə alınmayacaqdı. Bu gənc oğlan futbolçuların tərəfini tutdu, onların üstündə başbilənlərlə üz-göz oldu, az qala dalaşdı.

Kollektivə daxil fərdlər isə onu qorumadı, qədrini bilmədi. Onlara görə rəhbərliyə dirənən, maaşlarının, mükafatlarının arıtılmasını tələb edən baş məşqçini əllərinin içində saxlamalı, qorumalı idilər, əksini etdilər.

Oynamadılar. Ayaq sürüdülər. Özlərinə pislik elədilər. Bunun cəzasını çəkəcəklər.

Tanrı yaxşının dəyərini bilməyənlərin əfv fərmanına heç vaxt qol çəkməz.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”