Hər ay 10 min manat qazanmaq üçün “Neftçi”dən getdi

1 İyun 2024 18:00 Araz-Naxçıvan 6 419
Hər ay 10 min manat qazanmaq üçün “Neftçi”dən getdi

Yeni mövsüm öncəsi heyətini gücləndirən “Araz-Naxçıvan” srağagün növbəti transferini reallaşdırıb.

Bölgə təmsilçisi Ömər Buludovla anlaşıb.

“Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.

Buludov “ağ-qaralar”ın düşərgəsini boş əllə tərk etməyib. “Araz” onunla müqavilə imzalamaqdan ötrü iri məbləğ ödəməyə razılaşıb.

Müdafiəçi yeni klubunda ayına 10 min manat qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM