Baş məşqçi ayrı-seçkilik edir, onu bizdən üstün tutur - Şikayətə getdilər

13:00 Araz-Naxçıvan 1 468
Baş məşqçi ayrı-seçkilik edir, onu bizdən üstün tutur - Şikayətə getdilər

«Araz-Naxçıvan»ın əksər futbolçuları Felipe Santosdan narazıdır.

Onlar klub rəsmiləri ilə görüşərək, öz şikayətlərini dilə gətiriblər.

Komanda üzvlərinin bildirdiyinə görə, braziliyalı vinger oyun seçir, hər dəfə meydanda can qoymur: istəyəndə mübarizə aparar, istəməyəndə isə top arxasınca qaçmır, yola verir.

«Ağ-qırmızılar»ın fikrincə, Felipe qeyri-sabit çıxış eləsə də, Elmar Baxşıyev ona «gözün üstdə qaşın var» demir. Əksinə, baş məşqçi cənubi amerikalı cinah oyunçusuna güldən ağır söz söyləmir, hərəkətlərini görməzdən gəlir.

Narazı futbolçular deyib ki, «Araz»ın Premyer Liqada stabil təsir bağışlamasının əsas səbəblərindən biri budur.

Çalışdırıcının ayrı-seçkiliyə yol verməsi düşərgədə olanları iki «cəbhə»yə bölüb.

Baxşıyevin Felipeni onlardan üstün tutması və fərqləndirməsi komanda yoldaşlarını qıcıqlandırıb, ruh düşkunlüyü yaradıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti