
“Onun buradan getməsi reallıqdan uzaqdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
Bugünlərdə sosial şəbəkələrdə paylaşılan məlumata görə, Premyer Liqanın bürünc medalçısı aparıcı futbolçularından birini itirmək təhlükəsi ilə qarşılaşıb.
Qeyd olunur ki, Felipe Santos komandadan ayrılmağı planlaşdırır. Buna səbəb isə maliyyə məsələsidir.
Yeni müqavilə şərtləri Santosu qane etmədiyi üçün bundan boyun qaçırıb.
E.Baxşıyev haqqında danışılan “sambaçı”nın hazırda düşərgədə olduğunu söyləyib:
“Hərə bir şey danışa bilər. O, buradadır və bizimlə davam edir.
Müqaviləsi var, amma gələcəkdə necə olacaq, onu bilmək olmur. Yenə də düşünürıəm ki, Felipe komandada qalacaq”.