Almaniya yığmasının hücumçusunu transfer etdilər - SON DƏQİQƏ

09:40 Araz-Naxçıvan 2 593
Almaniya yığmasının hücumçusunu transfer etdilər - SON DƏQİQƏ

Avrokuboklarda debüt etməyə hazırlaşan «Araz-Naxçıvan» transfer bazarında sürət yığıb.

Muxtar Respublika təmsilçisi artıq üçüncü yeni legionerlə anlaşıb.

Premyer Liqanın bürünc medalçısı bu dəfə Ba-Muaka Simakala ilə razılığa gəlib.

28 yaşlı əcnəbi hücumçu mövqeyində çıxış edir.

Simakala əslən Konqo Demokratik Respublikasındandır. Uşaqlıq illərində ailəsi Almaniyaya köçdüyündən, bu ölkənin U-18 yığmasının formasını geyinib.

1.80 metr boya malik forvard «VfB Aahen»də futbolun sirlərini öyrənməyə başlayıb. O, 2016-cı ildə peşəkar karyerasına Mönxenqlabdaxda start verib.

İki il yerli «Borussiya»nın formasını geyinib. 2018-ci ildə Niderlandın yolunu tutub, «Roda» ilə müqavilə imzalayıb.

2020-ci ildə Almaniyaya dönüb, «Elversberq»in heyətində II Bundesliqada çıxış edib.

Növbəti sezonda isə «Rodinqhausen»in uğurları üçün tər töküb. 2021-2023-cü illərdə «Osnabruk»ə xidmət göstərib. Buradan da «

Holsteyin Kyel»ə üz tutub. Simakala 2024-cü ilin ilk yarısını «Kayzerslautern»də keçirib və yenidən «Osnabruk»a qayıdıb.

"Araz" öncəki günlərdə 2 transfer çalışmasını bitirib. İsrailli hücumameyilli yarımmüdafiəçi Bar Cohen və fransalı cinah yarımmüdafiəçisi Şarl Boli ilə anlaşma əldə olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti