Özlərində olanı “Neftçi”yə satdılar, yerinə başqalarını tapdılar, di gəl…

11:20 Araz-Naxçıvan 2 824
Özlərində olanı “Neftçi”yə satdılar, yerinə başqalarını tapdılar, di gəl…

"Araz Naxçıvan" qarşıdakı günlərdə daha bir transfer edəcək.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, hazırda mərkəz müdafiəçisi mövqeyinə bir neçə namizəd var.

Onların arasında həm yerli, həm də legionerlər yer almaqdadır. Bildirilib ki, hələlik maliyyə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmadığından, keçid rəsmiləşməyib.

Bu mövqeni gücləndirmək mütləqdir. Çünki rəhbərlik İqor Ribeyronu «Neftçi»yə satıb. Braziliyalı «ağ-qaralar»la 2 illik müqavilə imzalayıb.

Premyer Liqanın bürünc medallarını qazanaraq tarixində ilk dəfə avrokuboklarda çıxış etmək fürsəti yaxalayan Muxtar Respublika təmsilçisi bu yay 6 transfer edib.

Bar Cohen (“Makkabi Netaniya”), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keytanı ("Konyaspor", Türkiyə) öz sıralarına qatıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti