Ayrılıq xəbəri doğrudur? - O, klubdan əlavə ödəniş tələb etməyib

11:40 Araz-Naxçıvan 1 187
Ayrılıq xəbəri doğrudur? - O, klubdan əlavə ödəniş tələb etməyib

"Onunla bağlı son günlər yayılan xəbərlərin heç biri doğru deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusifov deyib.

Bugünlərdə sosial şəbəkələrdə paylaşılan məlumata görə, Premyer Liqanın bürünc medalçısı aparıcı futbolçularından birini itirmək təhlükəsi ilə qarşılaşıb.

Qeyd olunur ki, Felipe Santos komandadan ayrılmağı planlaşdırır. Buna səbəb isə maliyyə məsələsidir.

Yeni müqavilə şərtləri Santosu qane etmədiyi üçün bundan boyun qaçırıb.

E.Yusifov bildirib ki, braziliyal vingerin müqavilə müddəti 2026-ci il iyunun 30-na qədərdir:

"Felipe bura ötən ilin yayında gəlib. Həmin vaxt onunla 1+1 illik müqavilə imzalayıb.

Orada hər şey açıq-aydın göstərilib. Qeyd olunub ki, müqavilənin uzadılması klubun qərarından asılıdır.

Bunun üçün Felipe mövsmüm ərzində oyunların ən azı 60 faizində iştirak etməlidir. O, bu oyun sayını keçib.

Belədə müqavilə avtomatik yenilənir. Həmin müqaviləyə əsasən, Felipenin maaşı bu mövsüm artırılıb.

Üstəlik, əlavə bonuslar qazana bilər. Ayrılması barədə xəbərlər bizim özümüzü də təəccübləndirir. Hər şey əvvəlcədən razılaşdırılıbsa, tərəflərin borcudur ki, öhdəlikləri qarşılıqlı olaraq yerinə yetirsin.

Felipe klubdan əlavə ödəniş tələb etməyib. Hər şey qaydasındadır".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə