Azərbaycan klubu yeni transferin yolunu 1 ay gözləyəcək

10 Avqust 2024 09:40 Araz-Naxçıvan 3 401
Azərbaycan klubu yeni transferin yolunu 1 ay gözləyəcək

“Araz Naxçıvan” bu gün Premyer Liqada ikinci matçına çıxacaq.

Açılış həftəsində “Qarabağ“a 1:4 hesabıyla uduzan Muxtar Respublika təmsilçisi bu tur “Şamaxı“ ilə üz-üzə gələcək.

“Ağ-qırmızılar“ qarşıdakı görüşdə Karlos Jatobanın xidmətindən istifadə edə bilməyəcək. Bu barədə saytımıza klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib. onun dediyinə görə, yeni transfer sıradan çıxıb.

O, məşqdə zədə aldığı üçün hazırlığı yarımçıq dayandırıb. İtaliya vətəndaşı olan braziliyalı legioneri dabanından xəsarət alıb.

Əzələsi cırılan 29 yaşlı yarımmüdafiəçi minimum 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq