O, nə "Sabah"a, nə də "Neftçi"yə getdi, "Araz"ı seçdi: NİYƏ? - VİDEO

14:00 Araz-Naxçıvan 1 475
O, nə "Sabah"a, nə də "Neftçi"yə getdi, "Araz"ı seçdi: NİYƏ? - VİDEO

"Artıq "Araz Naxçıvan" Azərbaycan futbol tarixində yeni bir səhifə açmalıdır.

Onlara Avrokuboklarda uğurlar arzulayıram.

Transferlərə baxanda, görürsən ki, hədəflər böyükdür. Konfrans Liqasında sona qədər getməli olan heyət qurulur.

Xüsusilə seleksiya işində Ceyhun Sultanov önəmli işlər görməkdədir. Özünün də köhnə futbolçu olması, bu işi dərindən bilməsi vacib rol oynayır.

Son 3 transferi götürsək, təxminən 700-800 min dollar vəsait ödənilib. Patrik Andredə nə "Sabah"a, nə də "Neftçi"yə getdi, cüzi fərqlə "Araz Naxçıvan"ı seçdi".

Bu açıqlama tanınmış futbol mütəxəssisi Azər Bağırova məxsusdur.

Yaxınlarda “Kəpəz”dən ayrılan təcrübəli çalışdırıcı “Sportinfo TV”də yayımlanan "Futbol manşet" verilişində qonaq olub, maraqlı şərhlərlə diqqət çəkib.

O, 2 il baş məşqçisi olduğu "Araz Naxçıvan"nın transferlərdə önəmli addımlar atdığını deyib, hədəfin Konfrans Liqasında kifayət qədər irəli getməsi olduğunu bildirib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti