
Azərbaycan Premyer Liqasında son illər görməyə adət etdiyimiz mövsüm sonundakı tablo yenə pozulmadı.
“Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu oldu və Çempionlar Liqasında ikinci mərhələdən oynamaq huququ qazandı.
“Sabah” Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına, çempionatda ikinci yeri tutan ”Zirə” və bürünc medalçı “Araz-Naxcıvan” isə Konfrans Liqasına vəsiqə əldə etdi.
10 komanda arasında ən az xal toplayan “Səbail” I Liqaya yuvarlandı.
“Araz-Naxçıvan” mövsümün sürprizi oldu. İki il əvvəl bu komanda I Liqadaydı. Ötən mövsüm Premyer Liqada yerini qorumaq ucun mübarizə aparırdı.
İndi isə tarixində ilk dəfə avrokuboklarda oynayacaq. Qısa müddətdə tərəqqi göz önündədir.
Rəsmi sənədlərlə kluba bağlı olmasa da, bütün ölkənin də bildiyi kimi, “Araz-Naxçıvan”ın faktiki idarəçisi Zaur Axundovun zəhm və zabitəsi sözünü deyir.
Mövsümün əvvəlində həm məşqçilər korpusuna, həm də komandanını inzibati heyətinə nəticə qazanmaq üçün 2 ay vaxt verən Axundovun bu sərt xəbərdarlığı, görünür ki, effektiv oldu. İ
llərdir Zaur Axundovun sadiq kadrlarından sayılan Eldəniz Yusubovun 20 illik futbol təcrbəsi belə vəziyyətdə işə yaradı.
Maksimalist Zaur Axundovun tələblərinə, baş məşqçi Elmar Baxşıyevin oyun sisteminə, futbol baxışlarına uyğun futbolçulardan heyət formalaşdırıldı.
Elmar Baxşıyev həm də ona verilən “60 günlük möhlət”dən üzüağ çıxaraq, komandanı uğura daşıya biləcəyini “Araz-Naxçıvan”ın rəhbərliyinə əyai göstərdi.
Razılaşaq ki, belə psixoloji təızyiq altında uğur qazanmaq hər məşqçinin işi deyil. İlk turda “Qarabağ”dan 1:4 heablı ağır zərbə alan Naxçıvan tıəmsilçisi sonra elə bir məğlubiyyətsizlik seriyası sürdü ki, hamı mat qaldı!
Ardıcıl 15 çempionat və 2 kubok matçında uduzmadılar - 14 qələbə, 3 heç- heçə.
Bizim çempionatda belə seriyanı anca “Qarabağ”dan görərdik. Nəticədə “Araz-Naxçıvan” 16-cı turda 1 həftəlik liderliyə də yüksəldi və mövsüm ərzində “Qarabağ”ı taxtdan salan ilk və tək komanda oldu.
Liqanı tərk edən “Səbail”dən, liqada qalmaq uğrunda çarpışan “Sumqayıt”dan xeyli az - cəmi 6 milyon 208 min manatlıq illik büdcə ilə “Araz-Naxçıvan” çempionatın mükafatçısı oldu,Avropaya yol açdı.
Legionerlərdən 10 qol vuran Felipe Santos, 6 qola imza atan Bernardo Dias, Vanderson Melo, Ramon Maçado, İqor Ribeyro, Yusuf Paro, qapıçı Kristian Avraam komandaya faydalı oldu.
Amma Avropaya çıxdınsa, “hədəfə catdıq, 1 mərhələ oynayıb dayanmaq” söhbəti artıq könhəlib. İndi azarkeş Avropaya çıxan hər bir Azərbaycan klubundan minimum 1-2 mərhələ keçməyi gözləyir.
Elmar Baxşıyev yaxın keçmişdə “Qəbələ”yə ölkə kubok qazandırsa da, Avropa turnirlərində uğursuzluq yaşamışdı. 45 yaşlı baş məşqçi üçün Azərbaycan sərhədlərini aşmaq növbəti şans bu dəfə “Araz-Naxçıvan”ladır.
Ən əsası, “Araz-Naxçıvan” tezliklə “Araz-Mərdəkan” statusundan qurtulmalıdır. Hər mövsüm söz verilsə də, klub Naxçıvana köçmür ki, köçmür.
İndi də vəd verilib ki, sentyardan Naxçıvan stadionunda yenidənqurma işləri başlayacaq. Əgər bu işlər sentyabrda başlasa, demək, hələ azı 1 il də “Araz” rəqiblərini Mərdəkanda qəbul edəcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN