Qitə arenasında debüt edəcək Azərbaycan klubunda İLK AYRILIQ!

3 İyun 14:40 Araz-Naxçıvan 1 590
Qitə arenasında debüt edəcək Azərbaycan klubunda İLK AYRILIQ!

Konfrans Liqasında mübarizə aparacaq «Araz-Naxçıvan»dan bu yay ayrılan ilk futbolçunun kimliyi bilinib.

Muxtar Respublika təmsilçisi Karlos Jatoba ilə vidalaşmağa qərara alıb.

Tarixində ilk dəfə avrokuboklarda qüvvəsini sınayacaq «ağ-qırmızılar» braziliyalı legionerlə yeni müqavilə imzalamayıb.

Baş məşqçi Elmar Baxşıyev rəhbərliyə son vaxtlar özünü göstərə bilməyən 30 yaşlı yarımmüdafiəçinin yerinə başqa transfer edəcəyini söyləyib.

Onun sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub.

İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti