«Araz-Naxçıvan»ın legioneri Felipe Santosun Benin yığmasınını seçməsinin səbəbi məlum olub. Braziliyalı vinger
Gernot Rohrla şəxsi münasibətinə görə bu təklifi qəbul edib.
Sözügedən şəxs bu ölkənin millisinin baş məşqçisidir. Almaniyalı 2023-cü ildən Afrikada çalışır.
Tərəflər arasında dostluq əlaqələri mövcuddur və Felipe məhz ondan gələn zəngdən sonra belə bir qərar verib.
Milli səviyyəsində keçirilən beynəlxalq turnirlərdə özünü sınamaq həvəsiylə alışıb-yanan «sambaçı» bu telefon danışığının ardından Benin Futbol Federasiyasından gələn təklifə «hə» deyib.
Ötən mövsümdən bəri ağ-qırmızı formanı geyinən cənubi amerikalı 2026-cı ildən Beninin formasını geyinəcək. 1997-cı il təvəllüdlü «sanbaçı» artıq bu ölkənin vətəndaşlığını alıb.
Hərçənd Felipenin Beninlə hər hansı bağlılığı yoxdur. Nə əcdadları oradandır, nə də başqa qohumluq əlaqəsi var.
SPORTİNFO.AZ
![]()

