“Şəxsən mənim üçün heç nə dəyişmədi, şikayətimiz yoxdur”

10:40 Araz-Naxçıvan 617
“Şəxsən mənim üçün heç nə dəyişmədi, şikayətimiz yoxdur”

Sportinfo.az “Araz-Naxçıvan”ın kabo-verdeli yarımmüdafiəçisi Patrik Andradenin müsahibəsini təqdim edir:

- Premyer Liqanın 9-cu turunda “Sabah”la qarşılaşdınız. 2:2-lik heç-heçəni necə dəyərləndirirsiniz?

- Çətin oyun keçdi. İkinci hissənin əvvəlində hesabda geri düşsək də, geridönüş edə bildik. Sonra yenidən qapımızda qol gördük. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və yekunda heç-heçəyə nail olduq. Qələbə qazana bilməsək də, bu bir xal bizim üçün çox vacibdir.

- Son dəqiqələrə qədər motivasiyanı necə saxladınız?

- Oyundan qabaq da motivasiyamız yüksək idi. 90 dəqiqə ərzində bunu saxladıq. Bütün oyunçular sona qədər vuruşdu. Yekunda da layiq olduğumuz xalı qazandıq.

- “Sabah”ın əsas rəqiblərinizdən biri olduğunu nəzərə alsaq, bu xal məqsədinizə çatmaqda nə dərəcədə kömək olacaq?

- Addım-addım gedirik, hər dəfə növbəti matçı düşünürük. Önəmli olan oyundan oyuna irəli getməkdir. Yekunda necə alınacağını isə mövsümün sonunda biləcəyik.

- Qol vurmaq baxımından problem olmasa da, belə görünür ki, “Araz-Naxçıvan” çox asanlıqla qollar buraxır. Sizcə, bu, nədən irəli gəlir?

- Məncə, ciddi problem yoxdur. Sadəcə daha çox çalışmaq lazımdır. Baş məşqçimiz də oyunları analiz edir, bizə lazım olan göstərişləri verəcək. İnanıram ki, növbəti matçlarda səhvlərimizi aradan qaldıracağıq.

- “Sabah”la matçda nominal ev sahibi olsanız da, səfərdə oynadınız. Bu, çıxışınıza nə dərəcədə təsir etdi?

- Şəxsən mənim üçün heç nə dəyişmədi. Evdəki kimi oynadıq. Bu barədə şikayətimiz yoxdur.

- Bəs hakimlik barədə nə deyə bilərsiniz?

- Hakimlər barədə danışmağı uyğun hesab etmirəm.

- Növbəti tur “Sumqayıt”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- 1 həftə vaxtımız olacaq. Rəqibin kimliyi bizim üçün fərq etmir. Məqsədimiz qələbə qazanmaqdır.

- Sabiq klubunuz “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını izəyirsiniz? Necə dəyərləndirirsiniz?

- Çox yaxşı oynayırlar. 3 oyunda 6 xal əla nəticədir. “Qarabağ”a uğurlar arzulayıram. İnanıram ki, növbəti matçlarda da Azərbaycan xalqını sevindirməyə davam edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti