
Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov ciddi zədə səbəbindən əməliyyat olunacaq.
Sportinfo.az xəbər verir ki, hazırda AFFA-nın və futbolçunun ortaq qərarı ilə əməliyyat planlaşdırılır.
Rahil Məmmədov ən azı üç ay yaşıl meydanlardan uzaq qalacaq.
O, Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib.
Polşanın Krakov şəhərində keçirilmiş Ukrayna - Azərbaycan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.