Azərbaycan çempionatının üzdə olan legioneri vətəndaşlıq aldı

14:00 Araz-Naxçıvan 2 845
Azərbaycan çempionatının üzdə olan legioneri vətəndaşlıq aldı

«Araz-Naxçıvan»ın legioneri Felipe Santos maraqlı seçim edib.

Ötən mövsümdən bəri ağ-qırmızı formanı geyinən braziliyalı Benin Futbol Federasiyasından gələn təklifə «hə» deyib.

Vinger 2026-cı ildən bu ölkənin əsas millisinin formasını geyinəcək. 1997-cı il təvəllüdlü «sanbaçı» artıq Benin respublikasının vətəndaşlığını alıb.

Proses təqribən 1 ildən çox çəkib. Cənubi amerikalı meneceri vasitəsilə afrikalılarla danışıqlar aparıb və müəyyən şərtlər daxilində dəvəti qəbul eləyib.

Hərçənd Felipenin Beninlə hər hansı bağlılığı yoxdur. Nə əcdadları oradandır, nə də başqa qohumluq əlaqəsi var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti