COP29

Komandada bir nəfər yeni baş məşqçini istəmir, niyə qalsın ki?

12 May 23:45 Araz-Naxçıvan 1 874
Komandada bir nəfər yeni baş məşqçini istəmir, niyə qalsın ki?

Bir müddət sonra «Araz-Naxçıvan»da baş məşqçi yenidən dəyişəcək.

Yəqin ki, Elmar Baxşıyev bunu sezməmiş deyil.

Rəhbərliyin onu burada saxlaması üçün qarşısına qoyduğu tələblərin hələlik heç birini yerinə yetirməyib.

Uduza-uduza gedən, 5 qəpiklik futbol nümayiş etdirməyən komandanın baş məşqçisi niyə vəzifə başında qalsın ki?

Ondan olsa, yerindən tərpənməz. Elmar Baxşıyevə nə lazımdır: pul və iş.

İşi bir iş olmasa da, himayədarlarının sayəsində bekar qalmır. «Araz-Naxçıvan»ın bəxti onda gətirib ki, «Qəbələ» Premyer Liqada qalmaq uğrunda mübarizədən tez qopdu.

Baxşıyev 1 ay əvvəl sükan arxasına keçsəydi, yerlər dəyişəcək, «Araz» turnir cədvəlində sonuncu pilləyə «dəmir atacaqdı».

Hə, yaddan çıxmaz, «Qəbələ»ni Birinci Liqaya da elə Baxşıyev yola salmayıbmı?

«Araz-Naxçıvan» ta futbol oynamır. Nə oynayırdı, Azər Bağırovun vaxtında oynayırdı.

Biz illərimizi futbola vermişik, indiyədək yüzlərlə komanda izləmişik, futbolçunun yerişindən, üz cizgilərindən, topa vuruşundan hiss edirik ki, o, nə istəyir, beynində nə fikirləşir.

«Araz»ın formasını geyinənlər də yad planetdən, Marsdan, Yupiterdən, yaxud Veneradan gəlməyib, onların oyunundan və meydandaxili davranışından pessimizm yağır.

Baxşıyevi xoşlamadıqlarını, bəyənmədiklərini hər fürsətdə hiss etdirirlər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!