Premyer Liqa klubu ən yaxşı bombardirini geri qaytardı

9 Avqust 2024 09:40 Araz-Naxçıvan 5 339
Premyer Liqa klubu ən yaxşı bombardirini geri qaytardı

“Araz-Naxçıvan” ən yaxşı qolçusunu geri qaytarıb.

Orxan Əliyev 3 aya yaxın davam edən ayrılıqdan sonra düşərgəyə dönüb.

Ötən mövsüm Premyer Liqada 9 qol vuran hücumçu Muxtar Respublika təmsilçisi ilə 1 illik yeni müqavilə imzalayıb.

“Neftçi“nin yetirməsinin kontrakta bu qədər gec qol atmasının səbəbi özündən qaynaqlanır. Keçən sezon 3500 manat maaş alan forvard zənn edirdi ki, elçiləri qapısının önündən əskik olmayacaq.

Buna görə də maddi tələblərini xeyli yüksəltmişdi. Ona təklif göndərənlərdən 10 min manata qədər əməkhaqqı istəyirdi.

Gözləntilərinin əksinə, elitanın heç bir təmsilçisi bu qədər pulu sayıb masanın üzərinə qoymaq istəmədi.

Ölkə xaricindən də heç bir dəvət gəlməyincə, təkrar “Araz-Naxçıvan”ın darvazasından içəri keçmək məcburiyyətində qaldı.

“Araz-Naxçıvan”yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə, Karlos Jatoba və Slavik Aoxasovu heyətinə qatıb.

Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”