Dördüncü transfer fransalı hücumçu oldu - SON DƏQİQƏ

09:40 Araz-Naxçıvan 3 143
Dördüncü transfer fransalı hücumçu oldu - SON DƏQİQƏ

Uğurlu mövsüm keçirən və tarixində ilk dəfə avrokuboklarda yarışmaq hüququ qazanan «Araz-Naxçıvan» indi bir dəqiqə boş dayanmır.

Transfer bazarının ən aktiv iştirakçısı olan Muxtar Respublika təmsilçisi bir-birinin ardınca yeni oyunçularla anlaşmaqdadır.

Premyer Liqanın bürünc medalçısı artıq dördüncü legionerlə «nigah»a girib. Azərbaycana dəvət olunan növbəti əcnəbi Frank Rivollyerdir.

Onun 24 yaşı var və fransalıdır. İrəli xəttin mərkəzində çıxış edən 1,92 boya malik Frank son 5 ayı İsraildə keçirib və «Hapoel Petah Tikva»nın formasını geyinib.

Peşəkar kayrerasına «Lion»ın B komandasında başlayan forvard «Stade Rennays B», «Stade Briokin Olimpik», «Şarleroi», Hapoel Afula» (İsrail) və «Spartak Varna»nın (Bolqarıstan) uğurları üçün tər töküb.

«Apaz» bunadək israilli hücumameyilli yarımmüdafiəçi Bar Cohen, fransalı cinah yarımmüdafiəçisi Şarl Boli və almaniyalı hücumçu Ba-Muaka Simakalanı «rənglərinə bağlayıb».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti