
“Zaur Axundov böyük pul ayırıb, komandaya yaxşı transferlər edib”.
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Araz-Naxçıvan”ın formalaşdırdığı heyətdən danışıb.
Bildirib ki, Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov kluba kifayət qədər maddi-mənəvi dəstək göstərir.
Tanınmış teleşərhçinin dediyinə görə, iş adamı tərəfindən komandaya hər cür şərait yaradılıb, yaxşı transfer bazarlığı edilib.
Abbasov qeyd edib ki, “Araz”ın əksər legionerləri səviyyəsi ilə başqalarından seçilir və yayda heyət bir qədər də gücləndirilərsə, avrokuboklarda mərhələ keçə bilər.
Ekspert söyləyib ki, ümumiyyətlə, Z.Axundov iddialı insandır və harada olubsa, orada uğurlu iş ortaya qoymağı bacarıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN