“Azərbaycan karyeramın ən möhtəşəm mövsümünü keçirdim“

01:10 Araz-Naxçıvan 854
“Azərbaycan karyeramın ən möhtəşəm mövsümünü keçirdim“

“Azərbaycan karyeramın ən möhtəşəm mövsümünü keçirdim“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Araz-Naxçıvan“ın braziliyalı legioneri Felipe Santosa məxsusdur.

Ölkəmizdə daha əvvəl “Şamaxı” və “Qəbələ”də oynamış vinger son “futbol ili“ni fərqləndirib:

“Burada olduğum dönəmləri müqayisə etsək, hazırkı mövsümü ən uğurlu sayıram.

Düzdür, 2022-23 mövsümündə “Qəbələ” ilə ölkə kubokunu qazanmışam. Amma hazırkı dönəmim həqiqətən əladır.

Düşünürəm ki, cari mövsüm oyunlara daha çox fokuslanmışam, daim qol və assist saylarını artırmağa çalışıram. Hər şey istədiyim kimi gedir”.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 04:00 Vüqar yaponu döydü