
«Bu gün Premyer Liqada hansı baş məşqçini dindirsən, komandasının qarşı 10-15 hakim səhvini misal çəkəcək».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur. O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyevi tənqid edib.
Bildirib ki, Muxtar Respublika təmsilçisi qış fasiləsindən sonra çempionatda keçirdiyi 12 oyundan yalnız 1-də qalib gəlib.
Deyib ki, «fit sahibləri» bütün iştirakçıların əleyhinə yanlış qərarlarla yadda qalmaqdadır, o cümlədən, «Araz» bunun əziyyətini çəkir.
Bununla belə, Abbasov qeyd edib ki, Baxşıyev komandasının uzun müddətdir qələbə qazanmamasının günahkarı qismində onları göstərməklə səhvə yol verir.
Çünki hakimlərin etdiyi xətalar «Araz»a bir neçə xal qazandırıb: «O, yaxşı məşqçidir, amma krizis meneceri deyil».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN