Premyer Liqa klubunda rəhbər vəzifəyə yeni təyinat

27 İyun 11:00 Araz-Naxçıvan 2 239
Premyer Liqa klubunda rəhbər vəzifəyə yeni təyinat

«Araz-Naxçıvan»da yeni təyinat olub.

Klubun futbol akademiyasının baş koordinatoru vəzifəsi Zaur İsmayılova tapşırılıb.

O, «ağ-qırmızılar»ın yalnız Bakıdakı yox, eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən aşağı yaş qrupları üzrə komandalarını kurasiya edəcək.

2023-cü ildən Premyer Liqada çıxış edən Muxtar Respbulika təmsilçisinin əvəzedici heyətini ötən müddətdə Zaur İsmayılov çalışdırıb. O, iyunun əvvəlində postundan ayrılıb.

Rəhbərlik artıq «dubl»a yeni baş məşqçi təyin edib. Bura Rüstəm Əliyevə tapşırılıb. Onunla nəzərdə tutulan müqavilənin müddəti 1 ildir.

Rüstəm Əliyev klub başbilənlərinə yaxın şəxsdir. «Araz»ın qeyri-rəsmi sahibi Zaur Axundov «Keşlə»yə rəhbərlik etdiyi dönəmdə onu burada görəvə gətirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"