FIBA Avropa Kubokunda çıxış edən “Gəncə” basketbol klubu texniki məğlubiyyətlə üzləşib.
Sportinfo.az xəbər verir ki, C qrupunda mübarizə aparan təmsilçimiz Bolqarıstana - “Rilski Sportist” ilə səfər oyununa çıxa bilmədiyi üçün 0:20 hesablı texniki məğlubiyyət alıb.
Buna səbəb “Gəncə”nin Şengen vizası ala bilməməsi olub. Oktyabrın 21-də Samokov şəhərində keçirilməli olan qarşılaşmada meydan sahiblərinə texniki qələbə verilib.
Nəticədə turnir cədvəlində dəyişiklik baş verib. Dörd xalı olan “Gəncə” altıncı pilləyə geriləyib. “Rilski Sportist” isə beş xalla beşinci sıraya yüksəlib.

