Premyer Liqa klubları kamerunlu hücumçuya görə növbəyə düzülüb

19:40 I Divizion 200
Premyer Liqa klubları kamerunlu hücumçuya görə növbəyə düzülüb

“Gəncəbasar”ın hücumçusu Dileyn Açimi Azərbaycan Premyer Liqası klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı kamerunlu forvardla elitanın iki təmsilçisi – “Qəbələ” və “Şəfa” yaxından maraqlanır.

Bu barədə Afrika mətbuatı, daha dəqiq desək, “Africa Foot” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, I Liqada möhtəşəm çıxışı ilə diqqət çəkən və 12 qolla bombardirlər siyahısına başçılıq edən hücumçunu Premyer Liqa klubları heyətinə qatmaq istəyir.

“Gəncəbasar” rəhbərliyi razılıq versə, Açimi müəyyən şərtlər qarşılığında qış fasiləsində komandasını dəyişə bilər.

Qeyd edək ki, Dileyn Açimi ötən mövsüm “Cəbrayıl”ın heyətində 14 qol vurub.

Kamerunlu forvard cari mövsümdə keçirdiyi 6 oyunda 12 dəfə fərqlənib. Bu isə onun təxminən 15 ay ərzində 26 qola imza atması deməkdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti