Yığmamız Asiya Kubokunda 5 medal qazandı - FOTO

07:10 Cüdo 82
Yığmamız Asiya Kubokunda 5 medal qazandı - FOTO

İordaniyanın paytaxtı Ammanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.

Sportinfo.az xəbər verir ki, komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal əldə edib.

Gülşən Hüseynova (-48 kiloqram) və Ayan Əliyeva (-63 kiloqram) turnirin qalibi olublar. Gülgəz Musayeva (-48 kiloqram) və Aytən Verdiyeva (-57 kiloqram) ikinci, Çinarə Sadıqova (-52 kiloqram) isə üçüncü yeri tutub.

Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.

Beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.

Medial

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM