“Yarış bu idman növünün inkişafına səbəb olacaq” - Elnur Məmmədov

05:00 Digər növlər 83
“Yarış bu idman növünün inkişafına səbəb olacaq” - Elnur Məmmədov

"Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışının ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir.

bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov mətbuat konfransında deyib.

"Azərbaycan beynəlxalq idman tədbirlərinin təşkili baxımından seçilən ölkələrdəndir. Bu il Bakıda bir çox yarışlar baş tutub. Hazırda da davam edənlər var. Bu beynəlxalq üzgüçülük turnirinin də Azərbaycana gəlməsi bizə olan etimadın göstəricisidir. Bu, idmanın hər kəs üçün əlçatan olduğunu sübut edir. Yarış bu idman növünün inkişafına səbəb olacaq. Azərbaycanda açıq suda üzgüçülüyün inkişafı üçün imkanlar var. Bu, kütləvi yarış olacaq", - deyə o bildirib.

E.Məmmədovun sözlərinə görə, bu layihə regionun ən uğurlularından biri olacaq.

Qeyd edək ki, turnir 2027-ci ilin sentyabrında "Sea Breeze" ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. "Oceanman" yarışının mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir. Seriya peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7–75 yaşarası həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir.

"Oceanman Azerbaijan – Sea Breeze" yarışlarının proqramına müxtəlif məsafələr üzrə üzgüçülük yarışları daxildir. İştirakçılar 10 kilometrlik "Oceanman", 5 kilometrlik "Half Oceanman" və 2 kilometrlik sprint yarışlarında mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı