“Qarabağ”ın baş məşqçisi: “Mən oyunçuları qınamıram, acqarına məşqə gəlirlər” - VİDEO

09:00 Qarabağ 114
“Qarabağ”ın baş məşqçisi: “Mən oyunçuları qınamıram, acqarına məşqə gəlirlər” - VİDEO

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının təsnifat mərhələsinin ilk görüşündə Zaqreb “Dinamo”suna evdə 1:2 hesabı ilə uduzduqları oyundan danışıb.

O, futbolçuların fiziki gücünün aşağı olmasının səbəbini belə açıqlayıb: “Mən oyunçuları qınamıram. Burada universitet məsələləri var.

Futbolçuların bəziləri 6 saatlıq dərsdən çıxır, acqarına məşqə gəlir. Onların yarısı səhər növbəsində, yarısı ikinci növbədə oxuyur.

Bütün bunlar təsir edir. Çünki belə olduqda bəziləri bizimlə məşq edir, bəziləri əvəzedici heyətdə məşqlərə qoşulur. Bütün bunlar oyunlara təsir edir”.

“Qarabağ” U-19 komandası bir həftə sonra Zaqrebdə “Dinamo” ilə cavab görüşünə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM